Oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölən fələstinlilərin sayı 5 mini keçib.
Azpost.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 15 mindən çox insan isə yaralanıb.
Təkcə son 24 saat ərzində 182-si uşaq olmaqla 436 fələstinli həlak olub. Bombardman zamanı binaların dağıntıları altında qalanların sayı 830 azyaşlı olmaqla 1500 nəfərdir.
Yanacaq ehtiyatı tükəndiyi üçün 12 xəstəxana və 32 tibb müəssisəsi fəaliyyətini dayandırıb.
Azpost.info