Hərbi prokurorluğun 14 əməkdaşı məsuliyyətə cəlb olunub

- Açıqlama
31 Yanvar 2020 - 15:30

Ötən il fəaliyyətində qanun pozuntusuna yol verən bir sıra prokurorluq əməkdaşları cəzalandırılıb.

Trend-in məlumatına görə, bunu bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki,“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib. 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.