Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir

28 Sentyabr 2020 - 17:50

“Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı” təsdiq edilib.

Bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarda yer alıb.

Qərara əsasən, təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir.

Bu sahədə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.