Həbsxanadan prezident kürsüsünə çıxarılan qırğız lideri dəyişikliyə hazırlaşır

Qırğızıstanda keçən həftə xalq üsyanı nəticəsində hakimiyyətə gəlmiş prezident səlahiyyətlərini icra edən Sadır Japarov bazar ertəsi günü ölkə konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə tam müddətə namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib.

Japarovun yeni ambisiyaları onu hakimiyyətə gətirən siyasi partiyaların bəziləri ilə qarşı-qarşıya qoya bilər. Bu partiyalar mübahisəli seçkilərdən sonra yaranan siyasi böhran zamanı onun müvvəqqəti lider kimi hakimiyyətə gəlməsini təmin etmişdi.

Konstitusiya müvəqqəti prezident səlahiyyətlərini icra edənlərin müşahidə etdikləri seçkilərə qatılmasına qadağa qoyur. 51 yaşlı Japarov keçən həftə baş verən iğtişaşlar zamanı Sooronbay Jeenbekov hökumətinin devrilməsindən sonra prezident səlahiyyətlərini icra etməyə başlayıb.

“Parlament hazırda prezident və parlament seçkilərini tənzimləyən qanunlara düzəlişlər hazırlayır. Əgər mən bu düzəlişlərin nəticəsini kimi namizədliyimi irəli sürə bilsəm, bunu edəcəyəm” – deyə, Japarov “Rusiya 24” xəbər kanalına müsahibəsində bildirib.

Siyasi opponentini oğurlamaq cəhdinə görə həbs cəzası çəkən millətçi müxalif siyasətçi Japarov oktyabrın 4-də keçirilən seçkilərdən sonra baş qaldırmış zorakı etirazlar zamanı tərəfdarları tərəfindən həbsdən azad edilib.

Parlament onu keçən həftə baş nazir təyin edib və Jeenbekov istefasından əvvəl onu bu vəzifədə təsdiqləyib. Onun yüksəlişi belə görünür Qırğızıstanın əsas müttəfiqi olan və onun kabinetinə dəstək bildirən Rusiya tərəfindən dəstəklənir. Bu, 2005-ci ildən bəri Qırğızıstanda prezidentinin hakimiyyətdən devrilməsi ilə nəticələnən üçüncü xalq üsyanıdır.

Baş nazir və dövlət başçısı vəzifəsini icra edən Japarov artıq parlament seçkilərinin təkrar keçirilməsi və yeni prezidentə səs verilməsinə nəzarət etməlidir. Səsvermələrin tarixləri hələ təyin edilməyib. Konstitusiyaya dəyişikliklər edilməsi üçün isə referendum keçirilməsi tələb oluna bilər. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Lukaşenko iki müxalifətçini və ABŞ vətəndaşını həbsxanadan azad edib