Həbsxanalarda koronavirusa yoluxanların sayı 46-ya çatıb

“Hazırda həbsxanalarda koronavirusa yoluxma hallarının sayı 13 fakt artaraq 46-ya çatıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Həbsxanalarda əvvəl 33, daha sonra 13 nəfərin koronavirus testi pozitiv çıxıb. Ümumilikdə, 46 yoluxma faktı aşkarlanıb. Məhbuslar arasında müxtəlif xəstəliklərlə bağlı müvafiq tibb müəssisələrinə müraciət edənlər olub. Epidemioloji olaraq aşkar edilib ki, tibb müəssisələrinə gələnlərdə koronavirus var. Dərhal adekvat tədbirlər görülüb”, – deyə o qeyd edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Operativ Qərargah vətəndaşlara çağırış etdi

Sonrakı məqalə

Postların götürülüb-götürülməyəcəyinə DİN qərar verəcək