Həcc ziyarətinə getmək istəyənlərin sayı 200 nəfəri ötüb –QMİ

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 200 nəfəri ötüb.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər. Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yunanıstanda suriyalı miqrantlara dəstək vermək üçün əhali küçələrə axışdı

Sonrakı məqalə

Cinçıxarma videosu Hacıqabulda çəkilib –