Həkimlər uşağı şikəst etdilər, 39 milyon avro kompensasiya ödəyəcəklər

Britaniyada həkim səhvinə görə, qıza 39 milyon avro kompensasiya ödəniləcək. 

Azpost.info bildirir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.  Həkim səhvi nəticəsində qızın ayaqlarını və iki əlini kəsiblər.

Məlumata görə, uşağı meningit və sepsis diaqnozu ilə Surrey qraflığında olan xəstəxanaya gətiriblər. Həkimlər ona parasetamol verərək evə qaytarıblar. Amma bir neçə saatdan sonra uşaq “meningit sepisi” diqnozu ilə təcili şəkildə xəstəxanaya gətirilib.  Nəticədə qızın iki ayağını dizdən yuxarı, hər iki əlini biləkdən kəsiblər.

Uşağın ailəsi xəstəxananı məhkəməyə verib. Onlar iddia ediblər ki, vaxtında antibiotik terapiya icra olunsaydı amputasiyadan qaçmaq olardı. London məhkəməsi həkim səhvini təsdiq edib. Uşağa 39 milyon avro kompensasiya veriləcək. Pulun bir hissəsi birdəfəlik ödəniləcək. Qalan hissə ömürlük olaraq ildə bir dəfə ödəniş olunacaq.

 

Əvvəlki məqalə

Lukaşenko Çin liderini Belarusa dəvət edib

Sonrakı məqalə

XİN Mirzoyanın səsləndirdiyi fikirlərə münasibət bildirib