Lukaşenko Çin liderini Belarusa dəvət edib

Belarus prezidenti Aleksandr Lukaşenko Çin sədri Si Cinpini Minskə dəvət edib.

Azpost.info xəbər verir ki, Lukaşenko dəvətini Çin liderinə Bahar bayramı münasibətilə ünvanladığı təbrikdə dilə gətirib.

“Pələng ilinin gətirdiyi bütün çətinliklərə baxmayaraq, biz birlikdə Belarus-Çin əməkdaşlığının qurulmasında mühüm uğurlara nail ola bildik. ŞƏT sammiti çərçivəsində hər iki dövlətin maraqlarına cavab verən və ölkələrimiz arasında dostluğu daha da möhkəmləndirəcək təsirli ikitərəfli sazişlər paketi imzalandı. Minsk və Pekin arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib. Sizi əmin edirəm ki, Belarus-Çin münasibətlərinin bütün spektrini inkişaf etdirməyə, ədalətli və sülhsevər qlobal nizamın qurulması üçün beynəlxalq arenada əməkdaşlığı dərinləşdirməyə davam etməyə hazıram”, – Lukaşenko deyib.

Azpost.info

Əvvəlki məqalə

Polis bir ayda 65 narkotacirdən 170 kiloqram narkotik tutub

Sonrakı məqalə

Həkimlər uşağı şikəst etdilər, 39 milyon avro kompensasiya ödəyəcəklər