“HƏMAS-ın hucumu İsrail və Səudiyyənin münasibətlərinin pozulmasına yönəlib”

HƏMAS-ın zərbələri İsrail və Səudiyyə Ərəbistanı arasında yaranmaqda olan yaxınlaşmanı pozmaq məqsədi daşıyır.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın “National Interest” jurnalının köşə yazarı Karlos Roa bildirib.

Jurnalist qeyd edib ki, İsraillə digər ərəb müsəlman dövlətləri arasında münasibətlərin son vaxtlar istiləşməsi, ilkin mərhələdə olsa da, Yaxın Şərqin geosiyasətində “monumental dəyişiklik” deməkdir.

Roanın sözlərinə görə, hərbi əməliyyatların başlanması Səudiyyə Ərəbistanını çətin vəziyyətə salıb.

Daha əvvəl WSJ bildirmişdi ki, İran avqust ayından HƏMAS-a İsrailə hücum hazırlamağa kömək edir.

Münaqişənin kəskinləşməsinin İsrailin Yaxın Şərq ölkələri ilə münasibətlərinə necə təsir göstərə biləcəyi də bildirilib.

Əvvəlki məqalə

İsrailin xüsusi təyinatlıları səhər tezdən əməliyyata başlayıb

Sonrakı məqalə

“Putinin Qərbi tükəndirmək strategiyası məqsədinə çatır” –