Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“HƏMAS-ın İsrailə hücumu beynəlxalq sistemə hücumdur” –

User 12 Oktyabr 2023 - 19:17 (Last updated: 21 May 2025 - 20:15)
kissincer02

“Həmas”ın İsrailə hucumunu Berlin küçələrində bayram edilməsi Almaniyanın ölkəyə həddindən artıq çox əcnəbini buraxdığını göstərir”.

Azpost.info bildirir ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Welt TV-yə müsahibəsində deyib.

“Tamamilə fərqli mədəniyyətlərə, dinlərə və anlayışlara malik bu qədər çox insanı içəri buraxmaq ciddi səhv id. Çünki bu hər bir ölkədə təzyiq qrupu yaradır”– deyə 100 yaşlı keçmiş diplomat müsahibəsində deyib.

Kissincer Berlindəki ərəblərin İsrailə hücumunu qeyd etməsinə işarə edərək bunun “ağrılı” olduğunu söyləyib.

Kissincer regionda təhlükəli eskalasiya ehtimalı barədə xəbərdarlıq edərək deyib ki, “Həmas”ın açıq təcavüz aktı müəyyən cəza ilə qarşılanmalıdır.

Kissincer 1973-cü ildə Misir və Suriyanın başçılıq etdiyi ərəb koalisiyasının İsrailə hücum etdiyi “Qiyamət Günü” müharibəsindən əldə edilmiş dərslərə işarə edərək xəbərdarlıq edib: “Yaxın Şərq münaqişəsinin genişlənməsi və ictimai rəyin təzyiqi altında digər ərəb ölkələrini cəlb etmək təhlükəsi var”.

Onun sözlərinə görə, “Həmas” və onun tərəfdarlarının əsl məqsədi  ərəb dünyasını İsrailə qarşı səfərbər etmək və sülh danışıqları yolundan imtina etmək ola bilər. O, həmçinin əlavə edib ki, İsrail Tehranın hücumda əli olduğuna inanarsa, İrana qarşı hərəkətə keçə bilər.

Kissincerin sözlərinə görə, Rusiyanın Ukraynada davam edən təcavüzü, HƏMAS-ın İsrailə hücumu birlikdə beynəlxalq sistemə əsaslı hücum anlamına gəlir.

Azpost.info

Post navigation

Previous: Rusiya Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən kənarlaşdırılıb
Next: “Atam zəng vurmuşdu, dedi darıxır…” –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.