Hərbçilər məzuniyyət çıxanda 2 aylıq maaşı veriləcək –Qanuna dəyişiklik

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.
Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.
Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sülhməramlılar Şuşada postumuza bomba atmış ermənini Xankəndinə təhvil verib

Sonrakı məqalə

“Bizə deyirdilər, Azərbaycan darmadağın edilib, amma hər şey tərsinəymiş” –