Hərbi zavodda baş verən partlayışla bağlı araşdırma aparılır –Baş Prokurorluq

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.