Haaqa Məhkəməsi rus ordusunun cinayətlərini araşdıracaq- Kremldən REAKSİYA

“Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya ordusunun Ukraynada hərbi cinayətləri ilə bağlı araşdırmalarını, atacağı addımları tanımırıq”.

Azpost.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bu məhkəməni, bu məhkəmənin yurisdiksiyasını tanımırıq. Biz buna belə yanaşırıq”, – Peskov deyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi yaxın vaxtlarda Rusiya hərbçilərinin hərbi cinayətlərinə dair ilk 2 işi araşdırmağı planlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

“Bakı Ermənistanın sülh təkliflərinə cavab göndərib” –

Sonrakı məqalə

İranda Novruz çərşənbələrində 15 nəfər ölüb, 357 nəfər yaralanıb