Haiti prezidentinin qətlinin təşkilatçısının adı açıqlanıb

Haiti Prezidenti Jovenel Moizə edilən sui-qəsdlə əlaqədar iki Haiti-ABŞ vətəndaşları nəzarətə alına alınıb.

Bu barədə “New York Times” qəzeti məlumat dərc edib.

Bildirilir ki, həbs edilənlərin – Ceyms Solaj və Jozef Vinsanın iddialarına görə, hücumun əsas təşkilatçısı “Mayk” ləqəbli əcnəbidir. Onun ispan və ingilis dillərini bildiyi vurğulanıb.

Qəzetin yazdığına görə, bu məlumatı haitili hakim Kleman Noel ABŞ vətəndaşları ilə görüşü zamanı bildirib.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı Çin dilinə tərcümə olunub

Sonrakı məqalə

İyulun 12-dək ölkədə avtobus və metro işləməyəcək