Sui-qəsd yolu ilə öldürülən Haiti prezidenti Jovenel Mozin dul xanımı Martin Moiz övladları ilə birgə ölkəni tərk edib.
TASS xəbər verir ki, bu barədə “Aiti-24” xəbər portalı məlumat yayıb.
Bildirilir ki, mərhum siyasətçinin ailəsi sui-qəsd zamanı yaralanan xanım Moizin müalicəsini davam etdirməsi üçün ABŞ-ın Florida ştatına köçüb.