Zərdabda “COVID” pasportu olmayan bəy və gəlini şadlıq evinə buraxmadılar-FOTOLAR

Zərdab rayonunda keçirilən toy mərasimində maraqlı anlar yaşanıb.

Zərdabın Qoruqbağı kəndində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisinə gələn qonaqların “COVID” pasportları yoxlanılarkən məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı peyvənd olunmayıblar.

Yeni ailə quran cütlüyə pandemiya qaydalar izah edilib və onlara peyvəndləmə ilə bağlı təklif verilib. Bəy-gəlin təklifi könüllü qəbul edib və kəndin tibb məntəqəsinə gedərək peyvənd olunublar. Daha sonra onlar şadlıq evinə qayıdaraq toy məclisinə qoşulublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

Sonrakı məqalə

Haitinin öldürülən prezidentinin ailəsi ölkəni tərk edib