Türkiyə xarici işlər naziri Hakan Fidan Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak etmək üçün Azərbaycana gəlir.
Azpost.info xəbər verir ki, Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə iyulun 5-6-da keçiriləcək toplantıda iştirak edəcək.
“Ölkəmiz Qoşulmama Hərəkatında baş verənləri yaxından izləyir. 2006-cı ildən qonaq ölkə kimi dəvət olunduğu Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantılarında Türkiyə də iştirak edir”, – Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Azpost.info
