Hakan Fidan Blinkenlə Qəzzada humanitar böhranı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə XİN-dən diplomatik mənbə bildirib.

Danışıq ABŞ tərəfinin xahişi ilə baş tutub.

Tərəflər Qəzzada humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.