Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Hakan Fidan: “Ən pis sülh belə savaşdan yaxşıdır”

User 15 Sentyabr 2026 - 15:13 (Last updated: 15 Sentyabr 2026 - 15:13)
hakan fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda bir sıra mühüm açıqlamalarla çıxış edib. O, Azərbaycan-Ermənistan sülh prosesi, ABŞ-İran qarşıdurması, Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsi və Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin mövqeyini açıqlayıb.

Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə Cənubi Qafqazın sülhlə anılmasını istəyir.

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Türkiyə-Azərbaycan qardaşlığının gücü bu məsələdə açar rol oynamağa davam edəcək”, – deyə nazir vurğulayıb.

Hörmüz boğazı ilə bağlı çağırış

Hakan Fidan ABŞ-İran hərbi qarşıdurmasına da münasibət bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazında keçidlərə icazə verilməlidir.

“Böhranın həlli üçün aidiyyəti bütün tərəflərlə təmasları davam etdiririk. İranla bağlı baş verənlərin ən qısa zamanda diplomatik yolla həllini istəyirik”, – Türkiyənin XİN rəhbəri deyib.

“Ən pis sülh belə savaşdan yaxşıdır”

Hakan Fidan Rusiya-Ukrayna müharibəsinə də toxunub.

“Rusiya-Ukrayna münaqişəsi başlayandan müharibəni Qara dənizdən uzaq tutmağa çalışdıq”, – deyə o bildirib.

Nazir qeyd edib ki, son aylarda Qara dənizdə gəmilərə istiqamətlənən hücumlar artıb.

“Bu hücumlarda Azərbaycan və Türkiyə dənizçiləri həlak olub. Bunun davam etməsi qəbuledilməzdir. Tərəflərə lazımi xəbərdarlıqları edirik”, – Fidan deyib.

Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üçün təmaslarını davam etdirdiyini bildirən nazirin sözlərinə görə, “ən pis sülh belə savaşdan yaxşıdır”.

“Zəngəzur dəhlizi Türk dünyası üçün vacibdir”

Hakan Fidan Azərbaycan və Türkiyənin Orta Dəhlizin həyata keçirilməsində böyük rol oynadığını bildirib.

Onun sözlərinə görə, Türkiyənin türk dünyasına çıxışını təmin edən əsas layihələrdən biri də Zəngəzur dəhlizidir.

“Qars-Dilucu dəmir yolu bunun bir hissəsidir, 2029-cu ilə qədər bunun tikintisi bitəcək”, – deyə nazir bildirib.

Fidan qeyd edib ki, bu layihə ilk növbədə ticarət baxımından əhəmiyyətlidir. Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında, xüsusilə Naxçıvan üzərindən əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayacaq.

Nazir layihənin Türk dünyasının bir-birinə çıxışı və Türkiyənin türk dünyasına inteqrasiyası baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, tender prosedurları artıq tamamlanıb və tikinti işləri davam edir. 2029-cu ilin sonuna doğru Qars–Naxçıvan dəmir yolunun başa çatması gözlənilir.

Fidan bildirib ki, bu layihə Azərbaycanın dəmir yolu ilə gələn yüklərinin fasiləsiz şəkildə Türkiyəyə çatdırılmasına imkan yaradacaq və Ankara üçün mühüm logistika imkanına çevriləcək.

Türk dünyası ilə bağlı zirvə

Türkiyənin xarici işlər naziri qarşıdakı dövrdə Türk dünyası ilə bağlı mühüm tədbirlərin keçiriləcəyini də açıqlayıb.

Onun sözlərinə görə, oktyabrın 29-da Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin iclası, oktyabrın 30-da isə Ankarada liderlərin iştirakı ilə təşkilatın 13-cü Zirvə görüşü keçiriləcək.

“Bu zirvəni Türk dünyasının ortaq gələcəyi baxımından tarixi bir addım kimi qiymətləndiririk”, – Hakan Fidan əlavə edib.

AzPost.az

Post navigation

Previous: Coca-Cola 430 min dollar cərimələnir –
Next: Ceyhun Bayramov: “Hakan Fidanın səfərinin rəmzi mənası var”

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.