Hakerlər Putinin çıxış edəcəyi Foruma hucum etdilər –Prezidentin çıxışı təxirə salındı

Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.

Kremlin mətbuat katibi Dmitri Peskov bunun Forumun akkreditasiya sistemlərinə güclü DoS hücumları səbəbindən atıldığını bildirib.

Onun sözlərinə görə, Putinin forumun plenar iclasındakı çıxışı yerli vaxtla saat 15:00-a keçirilib.

“Bu vaxta qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək”, – Kremlin sözçüsü vurğulayıb.

Əvvəlki məqalə

Ukrayna Rusiya ilə viza rejimi tətbiq etdi –

Sonrakı məqalə

Təbrizin “Traktor” komandasının sabiq məşqçisi “Neftçi”yə baş məşqçi gəldi –