Təbrizin “Traktor” komandasının sabiq məşqçisi “Neftçi”yə baş məşqçi gəldi –-FOTO

“Neftçi” klubunun yeni baş məşqçisi bəlli olub. Komanda türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb.
Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq.
Təcrübəli mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abbasovu əvəzləyəcək.
Qeyd edək ki, Ertuğrul Sağlam son olaraq İranın “Traktor” klubuna başçılıq edib. O, ölkəsində “Samsunspor”, “Kayserispor”, “Beşiktaş”, “Bursaspor”, “Eskişehirspor” və “Yeni Malatyaspor”un da baş məşqçisi olub. Sağlam 2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb.
Əvvəlki məqalə

Hakerlər Putinin çıxış edəcəyi Foruma hucum etdilər –

Sonrakı məqalə

Ukraynanın Avropa İttifaqına namizədlik statusu təsdiqləndi