Hande Harmancı:“Bəzi ölkələr sərhədlərin açılması üzərində işləməyə başlayıb”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı sərhədlərin açılması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, ÜST-ün virtual mətbuat konfransında qurumun Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, bəzi ölkələr sərhədlərin nə vaxt açılması üzərində işləməyə başlayıb: “Bildiyiniz kimi, ölkələr arasında sərhədlərin bağlanmasından əlavə, ölkələrin daxilində şəhərlərarası, rayonlararası da gediş-gəlişlər məhdudlaşdırılıb. Ona görə də bəzi dövlətlər  ilk olaraq ölkə içindəki sərhədlərin açılması məsələsinə baxacaqlar. Şərqi Avropa ölkələri artıq sərhədlərin açılması məsələsi üzərində işləməyə başlayıblar, müzakirə edirlər. Avropa Birliyi ölkələri də müzakirələr aparmağa başlayıb. Burada ən vacib məsələ ölkələrin bir-birinə güvənməsidir. Yəni hansısa ölkə düşünə bilər ki, onlar virusla mübarizə ilə bağlı çox yaxşı işlər görürlər, amma qonşu ölkədə kontakt izlənməsi yoxdur. Hazırda qarşılıqlı dialoqla bağlı yeni müzakirələrə başlanılıb. Təbii ki, sərhədlər açılacaq, ticarət, turizm fəaliyyəti davam edəcək. Hazırda ÜST-nin Cenevrə və Kopenhagendəki mərkəzi ofisləri də dialoqun aparılmasına başlayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 44 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 65 nəfər sağalıb

Sonrakı məqalə

Azərbaycanda indiyədək 1592 nəfər koronavirusa yoluxub