“Hanı İmperiya?! SSRİ-nin suqutunu heç kim izah edə bilmir” –Rusiya Dövlət Dumasının sədri

 “SSRİ-nin yaxşı şeylərini saxlamaq, pislərindən uzaq durmaq lazımdır. Nəticə çıxarmaq lazımdır. Biz yenidən ölkəni itirə bilmərik”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Komsomolskaya pravda” qəzetinə müsahibəsində deyib.

Volodinin sözlərinə görə, 1917-ci ildə Rusiya İmperiyası öz qüdrətinin zirvəsində olub: “Bir sıra parametrlərinə görə, biz onlara indi də çata bilməmişik. Nəticə nə oldu? İmperiya hanı? Milyonlarla insan həyatını məhv etdik. Aclıq, dağıntı, əraziləri itirdik. Sonra kommunizm qurmağa başladıq. İdeya gözlədir. Amma nə üçün yenə ölkəni dağıtdıq? Axı bizim babalarımız onu öz qanları hesabına bir yerə toplamışdılar”.

Volodin yalanların SSRİ-nin suqutuna səbəb olduğunu deyib: “Bərabərlik yox idi: torpağı kəndliyə, fabriki fəhləyə vermədilər. İndiyə qədər də izah edə bilmirlər ki, SSRİ niyə dağıldı”.

Volodin Rusiya imperiyasının baş naziri olmuş Stolıpinin, sovet dövlət xadimi Primakovun və prezident Putinin onun qəhrəmanı olduğunu bildirib.

 Volodin prezident olmaq istəyi barədə yayılan məlumatları rədd edib: “Bunlar yalanlardır. Heç vaxt bu barədə düşünməmişəm. Prezident olmaq üçün lazım olan keyfiyyətlərə malik deyiləm”.

O, Putinin dövlət başçısı üçün lazım olan bütün göstəricilərə malik olduğunu vurğulayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanıb –

Sonrakı məqalə

Rufiz Qonaqov YAP-da seçkilərlə bağlı şöbəyə müdir təyin edilib