“Hanı qara kürü, hanı balıqçılıq?” –Ekspert deputatın sualına cavab verdi

“Hökumət bu işin mahiyyətini bilmir. Bilmədiyi üçün də nəinki bu sahədə irəliləyişə nail olmaq, əksinə bu işlə məşğul olmaq istəyən özəl sahibkarlara problemlər yaradırlar”.

Bunu açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deputat Tahir Kərimlinin Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olması ilə bağlı fikirlərinə münasibətində deyib.

Ekspert bu sahənin dövlət məmurları tərəfindən ələ keçirildiyini vurğulayıb: “Suyu, gölləri ələ keçiriblər. Bundan əlavə, sudan israfsızcasına istifadə edir və orada ekstensiv yolla balıq istehsalı ilə məşğul olurlar. Bu da sahənin inkişafına əngəl olur. Bununla bağlı biz ciddi araşdırma apardıq. Bu sahə üzrə Amerikadan mütəxəsis gəldi, İsraildən isə yardımlar edildi. İndi Xəzərdə, bütün okeanlarda get-gedə balıqların həcmi azalır”.

Vahid Məhərrəmli bunun səbəbini qlobal iqlim dəyişikliyi, xəstəliklərin geniş yayılması ilə əlaqələndirib: “Bunun əvəzində əksər ölkələr özünün balıq və balıq məhsullarına olan tələbatını 70% göl balıqçılığı hesabına ödəyir. Burada problem nədədir? Problem odur ki, hökumət bu sahəyə diqqət ayırmır. Bu sahədə monopoliya yaradıblar, yüksək məmurlar, onlara yaxın olan adamlar gölləri ələ keçiriblər. Onlar da çalışırlar ki, sahənin genişləndirilməsi hesabına məhsul istehsalını azaltsınlar. Bu da imkan vermir ki, balığa olan təlabatımızı daxili istehsal hesabına ödəyə bilək. Ümumdünya Səhiyyə Təşkilatının il ərzində adambaşına norması 21 kloqramdır. Əksər dünya ölkələri isə norma və normadan artıq istehlak edirlər. Azərbaycanda isə il ərzində 7 kloqram adambaşna balıq istehlak edilir”.

Ekspert bununla bağlı hökumətə təkliflər verildiyini də önə çəkib: “Bildirdik ki, torpaq sahələri əkin üçün yararsız olan yerlərdə göl balıqçılığına şərait yaradılsın. Kim balıq təsərrüfatı yaratmaq istəyirsə, ona imkan verilsin. Burada isə bu işi məmurlar öz əllərindən keçirirlər. Məmurlar da bu işin öhdəsindən gələ bilmirlər. Balıqların intensiz yemlənməsi üçün çox ciddi işlər görmək lazımdır. Balıqçılığın inkişafı ilə bağlı müasir tipli göllər yaradılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olduğunu deyib. Deputat “Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?”-deyə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alim Qasımovun keçmiş kürəkəninin cəzası azaldıldı

Sonrakı məqalə

Mixeil Saakaşvili aclıq aksiyasını dayandırır –