Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hansı ölkələrdə ən yüksək pensiya verilir? –

User 21 Aprel 2024 - 14:16 (Last updated: 21 May 2025 - 20:15)
PENSIYA ISV

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Ən yüksək pensiyalar həyat səviyyəsi yüksək olan və sosial təminat sistemi yaxşı işləyən inkişaf etmiş ölkələrdə verilir.

Azpost.info bildirir ki, bu barədə mail.ru Finance-a Synergy Universitetinin İqtisadi nəzəriyyə və dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Yuliya Tulupnikova məlumat verib.

Ekspert pensiya ödənişlərinin maksimum həddə olduğu ölkələri misal çəkib.

Danimarka – təxminən 2900 dollar.

Danimarkada kişilər və qadınlar 67 yaşında təqaüdə çıxırlar. Danimarkada pensiya iki hissədən ibarətdir:

✓ hər bir vətəndaşa dövlət tərəfindən təmin edilən əsas pensiya;

✓ müavinət- bunun üçün danimarkalı 40 il işləməli və mütəmadi olaraq qazancının ən azı 12%-ni pensiya fonduna köçürməlidir.

“Danimarka pensiya sisteminin əsas üstünlüklərindən biri pensiyanın baza hissəsinin qazancından asılı olmayaraq bütün vətəndaşlar üçün eyni olmasıdır”, – ekspert qeyd edir.

Norveç – təxminən 2500 dollar.

Norveçlilər -həm kişilər, həm də qadınlar -67 yaşında təqaüdə çıxırlar. Ancaq bəzi hallarda 62 yaşında pensiyaçı ola bilərsiniz. Norveç vətəndaşları pensiya fondundan pensiya alırlar. Onun məbləği Norveçin 40 illik iş stajına görə gəlirindən asılıdır və Milli Sığorta Sistemindən ödənilir. “Maraqlıdır ki, Norveç pensiya fondu neft və qaz gəlirlərindən və fondun öz investisiya layihələrindən əldə etdiyi gəlirlərdən istifadə edir”-deyə Tulupnikova vurğulayıb.

İsveçrə – təxminən 2100 dollar.

İsveçrədə kişilər 65, qadınlar isə 64 yaşında pensiyaya çıxırlar. İsveçrə pensiyası dövlətin müəyyən etdiyi hissədən və fərdi pensiya planlarına ödəmələrdən verilən əlavədən ibarətdir. Dövlət pensiyasının maksimum məbləğini almaq üçün əhəmiyyətli bir müddət ərzində – qadınlar 44 il, kişilər 45 il işləməlidir. İsveçrə vətəndaşlarının əksəriyyəti təqaüd üçün qənaət edir ki, yaşlaşdıqları zaman  heç nəyə ehtiyac duymasınlar.

Yaponiya – təxminən 1700 dollar.

Yaponiyada kişilər və qadınlar 65 yaşında təqaüdə çıxırlar. Qanuna görə, yaponlar 60 yaşında iş fəaliyyətini dayandırmaq hüququna malikdir, lakin bu zaman sonradan onun pensiya ödənişləri 25 faiz azalacaq. Əgər 70 yaşına kimi işləmək qərarına gəlsə, o zaman əksinə, pensiyasına 25 faiz əlavə olunacaq.

Yaponiyada üç növ pensiya var:

İstehsalat (peşəkar) pensiyası vətəndaşın əmək fəaliyyəti dövründə əmək haqqının 18%-ni ödədiyi pensiya fondundan ödənilir;

Sahibkarlar və özünüməşğulluq subyektləri üçün baza (dövlət) pensiyası;

Bu və ya digər səbəbdən əvvəlki pensiya növlərini almağa ümid edə bilməyənlər üçün pensiya ödənişi.

Avstriya – 1693 dollar.

Avstriyada pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 60-dır. Əgər ağır işdə çalışıbsınızsa siz 60 yaşında erkən təqaüdə çıxa bilərsiniz.  Təqaüdə çıxmağı təxirə salmaq və işə davam etmək imkanı da var. Pensiya ödənişlərinin miqdarı vətəndaşın yaşından, iş stajından və pensiya fonduna töhfə verdiyi ayların sayından asılıdır.

“Bəzi hallarda avstriyalı əvvəllər aldığı əmək haqqının 80%-i məbləğində pensiya ala bilər. Ölkədə maaşların yüksək səviyyəsini nəzərə alsaq, söhbət kifayət qədər təsir edici məbləğdən gedir”, – iqtisadçı qeyd edib.

Azpost.info

Post navigation

Previous: NATO və Aİ ABŞ-ın Kiyevə yardım paketi ayırmasını alqışlayıb
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64...
Read more about Neftimizin qiyməti 127 dollara yaxınlaşır
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.