“Haqqımızı müdafiə etməkdə davam edəcəyik” –Çavuşoğlu İlham Əliyevlə görüşdə dedi

“Bütün bu üstünlüyə – həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.

Nazir bildirib ki, Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. “Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir