“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq?” –Deputat AZAL-ı ittiham etdi

“Bizdə təyyarə biletləri çox bahadır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Region ölkələri ilə müqayisədə Azərbaycanda təyyarə biletləri bir neçə dəfə bahadır. Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı oturtmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”, – deyə deputat bildirib.

Əvvəlki məqalə

Bu günə qədər ölkədə meymunçiçəyi qeydə alınmayıb –

Sonrakı məqalə

“Vəkilimi çağırın!” –Ölkədə vəkilliklə bağlı islahatlar nə vəd edir?