Harrisi Demokratlar Partiyasının qurultayında 4566 nümayəndə dəstəkləyib

ABŞ-ın vitse-prezidenti Kamala Harris Çikaqonun qərbində yerləşən “United Center” qapalı idman arenasında keçirilən qurultayda Demokratlar Partiyası nümayəndələrinin 4566 səsini qazanıb.

Bu haqda TASS-ın qurultayda iştirak edən xüsusi müxbiri xəbər verir.

Demokratların avqustun 19-22-də keçirilən qurultayında Harrisin noyabr seçkilərində prezidentliyə namizədliyini irəli sürməyə rəsmi razılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, Harrisin namizəd yarışında rəqibi yoxdur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.