Hava kəskin dəyişəcək –Güclü külək əsəcək

Bu gün gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 10-da gecə və səhər yağış yağacaq.

Mayın 09-u axşam qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 10-da ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmana çevirməyi qınayırıq” –

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun abidəsini ziyarət edib