Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Havanın kəskin dəyişməsi sağlamlıq üçün təhlükə yaradır

User 17 Dekabr 2025 - 19:50 (Last updated: 17 Dekabr 2025 - 19:24)
qar hava

Hava şəraitinin qeyri-sabitliyi bir çox ölkədə olduğu kimi ölkəmizdə də müşahidə olunur. Qısa müddətli soyuqlardan sonra yenidən istiləşmə baş verir, hətta gün ərzində temperatur fərqi nəzərəçarpacaq dərəcədə dəyişir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür mülayim, lakin tez-tez təkrarlanan temperatur dəyişiklikləri sağlamlıq üçün ciddi risklər yarada bilər.

AzPost xəbər verir ki, bu barədə Piroqov Universitetinin Poliklinik terapiya kafedrasının dosenti Olqa Sayno “Moskovskiy Komsomolets”ə açıqlama verib.

Həkimin sözlərinə görə, aparılan çoxsaylı beynəlxalq tədqiqatlar göstərir ki, insanların sağlamlığı üçün əsas təhlükə ekstremal isti və ya şaxta deyil, məhz temperaturun tez-tez dəyişməsidir. Onun qeyd etdiyinə görə, 1–10 dərəcə arası dəyişikliklər sağlam insan üçün ciddi problem yaratmır. Lakin temperatur fərqi 10–15 dərəcəyə çatdıqda orqanizm bunu artıq hiss edir, 15 dərəcədən yuxarı fərqlər isə xüsusilə riskli sayılır.

Ekspert vurğulayıb ki, təhlükə yalnız açıq havadakı temperatur dəyişməsi ilə məhdudlaşmır. Məsələn, 25 dərəcə isti olan qapalı məkandan birdən-birə -30 dərəcə soyuq havaya çıxmaq orqanizm üçün 55 dərəcəyə yaxın kəskin fərq yaradır. Sağlam insan belə vəziyyətə müəyyən qədər uyğunlaşa bilsə də, xroniki xəstəlikləri olanlar üçün bu, ciddi fəsadlara səbəb ola bilər.

Olqa Saynonun sözlərinə görə, temperatur dəyişməsindən ilk növbədə ürək-damar sistemi zərər görür. Soyuq havanın təsiri ilə damarların daralması ürəyin daha çox yüklənməsinə səbəb olur. Bu zaman başgicəllənmə, ürək nahiyəsində ağrılar, ritm pozuntuları, hətta huşun itirilməsi halları yarana bilər. Bundan əlavə, temperaturun 10 dərəcə və daha çox dəyişməsi orqanizmdə histamin ifrazını artırır ki, bu da allergik reaksiyalara yol aça bilər. Nəticədə əvvəllər allergiyası olmayan insanlarda belə bu cür əlamətlər müşahidə oluna bilər.

Həkim həmçinin qeyd edib ki, temperatur dalğalanmaları psixoloji vəziyyətə də mənfi təsir göstərir. İnsanlar daha əsəbi, narahat və ya əksinə, laqeyd və halsız ola bilərlər.

Mütəxəssis bu risklərdən qorunmaq üçün bir neçə tövsiyə verib. İlk növbədə, hava şəraitinə uyğun və qat-qat geyinmək vacibdir. Bu üsul bədən temperaturunu tənzimləməyə kömək edir. Eyni zamanda, qida rasionunda C, D və B qrup vitaminləri ilə zəngin məhsullara üstünlük verilməlidir. Xroniki xəstəliyi olan şəxslər isə həkim tərəfindən təyin olunan dərmanları vaxtında qəbul etməlidirlər.

Ekspert əlavə edib ki, evdən çölə çıxarkən tələsməmək, orqanizmin temperatur fərqinə uyğunlaşmasına imkan vermək lazımdır. Əgər özünüzü pis hiss edirsinizsə, mütləq həkimə müraciət etməyiniz tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: Almaniya kansleri Merts sərt tənqid olundu
Next: Ermənistan vətəndaşları Rusiya pasportu alan ilk “beşlik”dədir

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.