Havanın temperaturu 4-7 dərəcə enəcək –SABAH ÜÇÜN PROQNOZ

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi  yerlərdə zəif duman, çiskin olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Göygöldəki mövqelərimizi atəşə tutur –

Sonrakı məqalə

Hikmət Hacıyev “Əl-Ərəbiyə” telekanalına müsahibə verdi –