Hazır əriştələrin dəhşətli fəsadları- Hansı qorxulu xəstəlikləri yaradır?

Marketlərdə satılan qablaşdırılmış hazır əriştələr təkcə çəki artımına deyil, həm də ürək-damar xəstəliklərinin yaranmasına, qanda şəkərin və qan təzyiqinin artmasına, eyni zamanda sirroza səbəb ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə qida mütəxəssisləri və həkimlər xəbərdarlıq edir.

“Bu cür əriştə ilk növbədə bişirmə prosesinə görə orqanizm üçün zərərlidir. Onlar palma yağında qızardılır. Palma yağı doymuş yağ turşuları ilə zəngindir. Bədən onu tamamilə udmaq iqtidarında deyil, buna görə də palma yağı qan damarlarının divarlarına çökür. Bu ciddi ürək-damar xəstəliklərinə səbəb ola bilər. Həmçinin, məhsulun gündəlik istifadəsi qan təzyiqi və qan şəkərinin səviyyəsini yüksəltmək təhlükəsi yaradır”, – həkimlər deyir.

Məhsulun tərkibində buğda, bəzən isə yumurta unu olur. Artıq çəki məhz buna görə yaranır. Bundan başqa, hazır əriştələrin dadını artırmaq üçün ona orqanizmə zərərli olan konservantlar, qatılaşdırıcılar əlavə edilir.

Mütəxəssisin fikrincə, bu yeməyin istifadəsi qaraciyərin sirrozuna və damarlarda xolesterinin çökməsinə səbəb ola bilər: “Bədənimizdəki trans yağlar enerji mübadiləsi üçün istifadə edilmir. Onlar yağların adətən saxlandığı yerdə yığılır. Bu, qaraciyər, qan damarlarının daxili təbəqəsi ola bilər. Qaraciyərdə bu, tez sirroza, damarlarda isə sərtliyin sürətli inkişafına gətirib çıxarır. Trans yağların gündəlik norması bir-iki qramdır. Bir porsiya hazır əriştədə isə bu, beş-səkkiz qram olur”.

Qeyd olunur ki, məhsuldan ilk növbədə hamilə qadınlar, süd verən analar, uşaqlar və qocalar imtina etməlidir.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan seçkiləri təxirə salmayacaq –

Sonrakı məqalə

Prezident Bakıda Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib