Ərdoğan seçkiləri təxirə salmayacaq –Bloomberg agentiliyi

Zəlzələyə baxmayaraq Ərdoğan Türkiyədə mayın 14-də seçkiləri keçirmək niyyətindədir.

Azpost.info bildirir ki, bu barədə Bloomberg agentiliyi yüksək vəzifəli məmurlara istinadən məlumat yayıb.

“Vəziyyətlə bağlı məlumatlı olan məmurlar bildirib ki, Ərdoğan 90-günlük fövqəladə vəziyyətdən dərhal sonra əvvəlcədən planlaşdırıldığı kimi mayın  14-də seçkiləri keçirməyi planlaşdırır”- məlumatda deyilir.

Mənbənin bildirdiyinə görə, elan edilmiş 90 günlük fövqəladə vəziyyət vaxtından əvvəl ləğv oluna bilər.

Qeyd edək ki, prezident Ərdoğan zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 90 günlük fövqəladə vəziyyət elan edib. Parlamentin bu gün qərarı təsdiq edəcəyi gözlənilir.

 

Əvvəlki məqalə

Fransa ordusunun Jandarm qüvvələri Ermənistan-Azərbaycan sərhədinə gəlir –

Sonrakı məqalə

Hazır əriştələrin dəhşətli fəsadları