“Hazırda avtokratlarla demokratların mübarizəsi gedir” –BAYDEN

“Hazırda avtokratlar və demokratların mübarizəsi gedir”.

TASS  xəbər verir ki, bunu ABŞ-ın Prezidenti Co Bayden Demokrat partiyasının Sietl şəhərində (Vaşinqton ştatı) təşkil olunan tədbirində dilə gətirib.

ABŞ Prezidenti deyib: “Düşünürəm ki, 2020-ci ildən bu yana demokratlar və avtokratlar arasında qızğın mübarizə gedir”. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpində demokratiklikdən əsər-əlamət yoxdur.

ABŞ lideri diqqətə çatdırıb ki, Çin rəhbəri prezident seçkilərində qalib gəldikdən sonra ona zəng edib və aralarında telefon danışığı 3 saat davam edib.

Bəzi ölkələrin NATO-nu parçalamaq istəyindən də danışan Bayden onların ümidlərinin puça çıxdığını və əksinə, alyansa Finlandiya və İsveç kimi ölkələrin alyansa qoşulmaq istəyində olduğunu bildirib.

ABŞ-da yanacağın qiymətlərinin qalxması və inflyasiya məsələsinə də toxunan prezident bildirib: “İnsanlar bir-birinə çox qəzəblidir və nə edəcəklərini bilmirlər”.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Heydər Əliyev Fondu Moskvada iftar verib