“Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil” –

AÇIQLAMA
06 Avqust 2021 - 20:06

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov işğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanıldığını bildirib.

Rəis müavini deyib ki, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq: “Biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq”.

Bəzi media orqanlarında və sosial şəbəkələrdə bu yolun Laçın dəhlizinə alternativ olaraq çəkilməsi barədə təhriflərə yol verilib.

“APA-Economics”in rəsmi mənbələrlə apardığı dəqiqləşmə zamanı məlum olub ki, hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil: “Həmin yolun bir hissəsi elə Laçın dəhlizindən keçir. Sadəcə Laçın şəhərinə daxil olmadan rahat hərəkəti təmin etmək məqsədi ilə əlavə 23 kilometrlik yol inşa edilir”.