“Hazirda səhhətim normaldır” –

Cavanşir Quliyev aydınlıq gətirdi
23 İyul 2021 - 11:04

“Görünür, müsahibəni diqqətlə oxumayıblar. Mən demişəm ki, xəstəlik şərti olaraq ölümlə nəticələnə bilər”.

Bunu APA-ya açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, müalicələri davam edir: “Xəstəliyim ciddidir. Müalicələr davam edir. Hazirda səhhətim normaldır”.

Qeyd edək ki, bəstəkar Autoimmun xəstəliyindən əziyyət çəkir.