“Heç bir reaksiya verməyəcəyik, buna layiq deyillər” –LAVROV

Moskva Ukraynanın Vladimir Putinə və Rusiya hökumətinin üzvlərinə qarşı sanksiyalarına reaksiya verməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Düşünürəm ki, bu, bizim tərəfimizdən hansısa konkret addım atmağa layiq deyil”, – Lavrov bildirib.

Ukrayna prezidenti iyunun 9-da Vladimir Putin və Rusiya hökumətinin nazirlərinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Məhdudiyyətlərə Rusiya universitetlərinin demək olar ki, bütün rektorları da məruz qalıb.

Azpost.info

Əvvəlki məqalə

12 il əvvəl baş verən qətlin üstü açılıb –

Sonrakı məqalə

Kanada Rusiyanın 328 milyon dollarlıq aktivlərini dondurub