“Heç bir uşaq valideyninin cinayətinin cəzasını çəkməli deyil” –Ombudsman Səbinə Əliyeva

Suriyadan qaytarılmasını təklif etdiyimiz şəxslər uşaqlardır. Heç bir uşaq valideyninin cinayətinin cəzasını çəkməli deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, o uşaqlara yardım əli uzadılmalıdır: “Xüsusi mexanizm tərtib etməliyik. Burada bizi narahat edən qadın və uşaqların hüquqlarının müdafiəsidir. Ombudsman təsisatı da bu məsələdə iştirak edəcək”. S.Əliyeva qeyd edib ki, millət vəkilləri ilə işgüzar fəaliyyətlər qurmaq, əməkdaşlıq etmək niyyətindədirlər: “Faktaraşdırıcı missiyanın birbaşa bölgələrdə aparılması çox önəmli idi. Biz fəaliyyətimizi Paris prinsipləri çərçivəsində qurmuşuq. Hazırladığımız hesabatlara beynəlxalq qurumlar tərəfindən yüksək qiymət verilib. Bu fəaliyyətimiz davam etdirilir. Aprel ayının ortasında yeni hesabatımız təqdim olunacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““Uşaqpulu” mövzusu ilə xalqı alçaldan yaramazların cavabını verəcəyik” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu –