“HƏMAS-a qarşı mübarizədə Almaniya İsraillə tam həmrəydir”- BERBOK

Almaniya xarici işlər naziri Annalena Berbok HƏMAS-a qarşı mübarizədə ölkəsinin İsraillə tam həmrəy olduğunu bəyan edib.

Azpost.info xəbər verir ki, Berbok beynəlxalq ictimaiyyəti Qəzzanın mülki əhalisinə daha çox dəstək verməyə çağırıb.

“Bu terroru törədən cinayətkarlar Fələstin xalqının adından deyil, yalnız özləri üçün danışırlar. Terror dilində danışırlar. Terrorçularla mülki şəxslər arasında fərq qoyulmalıdır. HƏMAS nifrəti qızışdırmağa və regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bu plan gerçəkləşməməlidir”, – Qahirədə Fələstin sammitində çıxış edən nazir bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.