HƏMAS internet saytını Rusiya hostinqinə köçürdü

HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” İsrailə qarşı silsilə hücumlardan bir neçə gün sonra internet saytını Rusiya hostinqinə köçürüb.

Azpost.info xəbər verir ki, bu barədə “Recorded Future” özəl kəşfiyyat şirkətinin təhlükə araşdırmaları ilə məşğul olan departamentinin mütəxəssisləri məlumat verib.

“Əl-Qəssam Briqadaları”nın internet saytı HƏMAS-ın İsrailə hücumu başladığı 7 oktyabrdan bəri əlçatmaz olub. Oktyabrın 11-dən bu resurs ehtimal ki, bloklama və DoS hücumlarından qorunmaq üçün bir neçə fərqli IP ünvanından istifadə etməyə başladı.

Xüsusilə, oktyabrın 11-də o, Rusiya İP ünvanına keçərək “Hosting Technologies” şirkətinin VDSina hostinq xidmətlərindən istifadə edib. Bundan əvvəl sayt iki ildən çox Ukrayna IP ünvanından istifadə edirdi.

Moskva provayderi “Hosting Technologies” 2014-cü ildən fəaliyyət göstərir. Onun Moskva və Amsterdamda məlumat mərkəzləri var.

Azpost.info

 

Əvvəlki məqalə

İsrail vətəndaşlarını bu müsəlman ölkələrini tərk etməyə çağırdı

Sonrakı məqalə

Azərbaycan-Türkiyə birgə təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər