“HƏMAS İsraildən son dərəcə “səxavətli” atəşkəs təklifi alıb”- BLİNKEN

HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraildən son dərəcə “səxavətli” təklif alıb.

Azpost.info xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Mən Qətər və Misirdəki dostlarımıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar atəşkəsə nail olmaqda və girovların azad edilməsində mühüm rol oynayıblar. HƏMAS indi İsrailin son dərəcə səxavətli təklifi ilə üz-üzədir. Hazırda qəzzalılarla atəşkəs arasında dayanan yeganə şey HƏMAS-dır”, – dövlət katibi bildirib.

Daha əvvəl Misir İsrail tərəfi ilə razılaşdırılmış təşəbbüslə bağlı HƏMAS-ı məlumatlandırıb. Bu təşəbbüs atəşkəs müqabilində Qəzza zolağında saxlanılan 20-40 girovun azad edilməsini nəzərdə tutur. HƏMAS nümayəndə heyətinin Misir tərəfinə son atəşkəs təklifinə cavabını təqdim etmək üçün Qahirəyə gələcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, HƏMAS və İsrail arasında razılaşma çox güman ki, yaxın bir neçə gün ərzində əldə olunacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda yeni iş yerləri açılacaq

Sonrakı məqalə

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb