“HƏMAS kimyəvi hücum planlaşdırmışdı”- İsrail prezidenti

“İsrail Fələstinin HƏMAS terror qruplaşmasının kimyəvi silahdan istifadə etməklə hücum planlaşdırdığına dair sübutlara malikdir”.

Azpost.info xəbər verir ki, bunu İsrail prezidenti İshaq Hersoq Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib.

Hersoqun sözlərinə görə, axtarış zamanı HƏMAS yaraqlılarından birinin əlində kimyəvi silahın istehsalı və istifadəsi üzrə müfəssəl təlimatların, o cümlədən siyanidin istifadəsi ilə bağlı müfəssəl məlumatların yer aldığı fleş-disk aşkar edilib.

İsrail prezidenti bildirib ki, təlimatlar 2003-cü ildə “Əl-Qaidə” terror qruplaşmasının təlimatına əsaslanır. Bu da  HƏMAS və “Əl-Qaidə” arasında əlaqə olduğunu göstərir.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda niyə balıq və kürü az yeyirlər? –

Sonrakı məqalə

Xankəndidə istiqamətləndirici yol nişanları yerləşdirilib