Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hepatit virusları hər gün 3500 nəfərin ölümünə səbəb olur

Orkhan Ali 15 Aprel 2024 - 15:18 (Last updated: 21 May 2025 - 20:15)
ust brend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilir ki, hepatit virusları hər gün 3500 insanın ölümünə səbəb olur; bu rəqəmdə Hepatit B virusunun payı 83 faiz, Hepatit C-nin isə 17 faiz təşkil edir.

Hepatit viruslarının qlobal qurbanlarının sayı getdikcə artır. ÜST hökumətləri dünyada ikinci ən böyük yoluxucu “qatillə” mübarizə aparmaq üçün təcili tədbirlər görməyə çağırıb.

ÜST-nin ötən həftə Portuqaliyada keçirilən Ümumdünya Hepatit Sammiti ilə eyni vaxtda açıqlanan hesabatına görə, 187 ölkədən gələn yeni məlumatlar hepatitindən ölənlərin sayının 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəldiyini göstərir.

ÜST-nin QİÇS, hepatit və cinsi yolla ötürülən infeksiyalar üzrə qlobal proqramlarının rəhbəri Meq Doherti mətbuat konfransında deyib ki, bunlar həyəcanverici tendensiyalardır.

Hesabatda deyilir ki, bu virusları müalicə edə bilən effektiv və ucuz dərmanlar var. Hepatit B xəstələrinin 2022-ci ilin sonuna qədər cəmi 3 faizi antiviral müalicə alıb. Hepatit C-dən isə yalnız 20 faiz – və ya 12,5 milyon insan müalicə edilib. “Bu nəticələr 2030-cu ilə qədər xroniki hepatit B və C ilə yaşayan bütün insanların 80 faizinin müalicəsi üçün qlobal hədəflərdən xeyli aşağıdır”, -deyə Doherti vurğulayıb.

ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus da hesabatın narahatedici mənzərə yaratdığını vurğulayıb. “Hepatit infeksiyalarının qarşısının alınmasında qlobal miqyasda irəliləyişlərə baxmayaraq, ölüm halları artır, çünki hepatitli çox az insan diaqnoz və müalicə alır”, -deyə o əlavə edib.

Hesabatda deyilir ki, yeni Hepatit B infeksiyalarının 63 faizi Afrikanın payına düşür. BMT agentliyi, eyni zamanda, təsirlənmiş ölkələrin ümumi hepatit dərmanlarına kifayət qədər çıxışı olmadığını və çox vaxt lazım olduğundan daha çox pul ödədiyini bildirib.

ÜST-ə görə, bütün hepatit hallarının üçdə ikisi Banqladeş, Çin, Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan, Filippin, Rusiya və Vyetnamdadır. ÜST hesab edir ki, 2025-ci ilə qədər bu 10 ölkədə profilaktika, diaqnostika və müalicəyə universal çıxış, Afrika regionunda gücləndirilmiş səylərlə yanaşı, qlobal reaksiyanı yenidən yoluna qoymaq vacib amillərdir(azərtac).

Post navigation

Previous: Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb
Next: DSMF-nin 6 milyondan çox vəsaitini ələ keçirən şəxsin işi məhkəməyə göndərilib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.