Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Heydər Əliyev Fondu Moskvada iftar verib

User 22 Aprel 2022 - 09:43 (Last updated: 21 May 2025 - 20:15)
iftar fond

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib.

İftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulan Ramazan çadırında keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən “Zəkat” Xeyriyyə Fondunun baş direktoru Rifat İsmayilov Heydər Əliyev Fonduna iftarın təşkilinə görə təşəkkürünü bildirib: “Bu çadıra 350 insan yerləşir. Onlar bu gün iftarlarını açmaqla yanaşı həm də Azərbaycanın mədəniyyəti ilə tanış olurlar. Bugünkü gündə, heç də sadə olmayacan dövrdə bu çox vacibdir. “Qurani Kərim”də də deyildiyi kimi, biz sizi tayfalar və xalqlar olaraq yaratdıq ki, siz bir-birinizi tanıyasız. Bu cür tədbirlərdə məhz müqəddəs kitabın bu ayəti yerinə yetirilir. Ona görə də, Heydər Əliyev Fonduna bu tədbiri təşkil etdiyinə görə böyük təşəkkür düşür”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova isə çıxışında İslam dəyərlərinin Azərbaycanın milli mənəviyyatının ayrılmaz tərkib hissəsi olduğunu söyləyib. O bildirib ki, ölkəmiz iqtisadi, siyasi və mədəniyyət sahəsində liderlik mövqeyinə malik olmaqla yanaşı, həm də dünyada multikulturalizmin mərkəzi hesab olunur. Tamilla Əhmədova Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin fəaliyyətindən danışaraq onun humanitar layihələrdə fəal iştirak etdiyini xüsusi vurğulayıb: “Artıq uzun illərdir ki, Fond “Ramazan çadırı” layihəsində iştirak edir və ildən ilə bu layihədə fəallığını artırır”.

Tədbirdə çıxış edən digər natiqlər “Ramazan çadırı” layihəsinin humanitar layihə kimi əhəmiyyətini xüsusi vurğulayıblar.

Moskva müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov Rusiya azərbaycanlıları üçün Moskvada Heydər Əliyev Fondu tərəfindən iftar təşkil olunmasının böyük fəxr olduğunu söyləyib: “İftarda iştirak edənlər Azərbaycanın mədəniyyəti, tarixi və mətbəxi ilə tanış olurlar. Bir sözlə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvadakı azərbaycanlıları və bütün müsəlmanları birləşdirir. Bu, çox vacibdir”.

Tədbirdə Azərbaycanda multikulturalizmdən bəhs edən film də nümayiş olunub. “Ramazan çadırı” layihəsinin təşkilatçıları layihəyə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

İftara qədər Azərbaycandan olan din xadimi Müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 16 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir. (APA)

Post navigation

Previous: “Hazırda avtokratlarla demokratların mübarizəsi gedir” –
Next: Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.