Heydər Əliyev Hava Limanının enerji təchizatında problemlər yaranıb –AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Aeroportdan verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

Əvvəlki məqalə

Vitali Balasanyan Laçında Azərbaycan rəsmiləri ilə görüşüb

Sonrakı məqalə

Azərbaycanda daha 534 nəfər COVID-19-a yoluxub –