Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Heydər Əliyev Mərkəzində tələbələrin xalq rəssamı Ömər Eldarovla görüşü olub

User 02 May 2026 - 16:46
omer eldarov

Mayın 2-də Heydər Əliyev Mərkəzində tələbələrlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan görüşün məqsədi Ulu Öndərin irsinin dərindən öyrənilməsi və təbliği, eləcə də ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olması nəzərə alınaraq, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda formalaşmış memarlıq məktəbi haqqında, şəhərsalma üzrə həyata keçirilmiş irimiqyaslı işlər, bu sahədə milli irsin qorunması baxımından aparılan siyasət barədə gənc nəsli maarifləndirməkdir.

Görüşdə tanınmış heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı, onun Azərbaycan memarlıq və təsviri sənətində rolu, eləcə də Ümummilli Liderin mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələr barədə müzakirələr aparılıb.

Heydər Əliyev Mərkəzində müxtəlif sahələri, o cümlədən mədəniyyət və incəsənət sahələrini əhatə edən tədbirlərin təşkil olunduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov heykəltaraşlıq nümunələrinin nümayişinin keçirildiyini də diqqətə çatdırıb: “Ömər Eldarov daim bizə bu məsələlərdə dəstək olur. Bu günlərdə biz Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu olaraq Ulu Öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçiririk. Bizim üçün qürurlu bir gündür ki, bu gün siz Heydər Əliyev Mərkəzində xüsusi hazırlanmış bir tədbirdə iştirak edirsiniz”.

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Ömər Eldarov, onun çox müdrik lider, ünsiyyətcil və səmimi bir insan olduğunu deyib. Ümummilli Liderin incəsənətə olan marağından bəhs edən Xalq rəssamı Heydər Əliyevin rəssam olmaq arzusundan danışıb, doğmaları arasında tanınmış rəssam və memarın olduğunu qeyd edib. O, Ulu Öndərin sərgiləri ziyarət etdiyini, təsviri incəsənət barədə fikir mübadiləsi apardığını bildirib.

Görüş zamanı, həmçinin videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda sənətkarın zəhmətkeşliyinə və əzmkarlığına verilən yüksək qiymət, Ulu Öndərin Ömər Eldarovla yaradıcılıq prosesi, əsərlərin konsepsiyası ilə bağlı dialoqu, Azərbaycan heykəltəraşlıq məktəbinin rolu əks olunub.

Qeyd edək ki, “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” layihəsi Ulu Öndərlə yaxın ünsiyyətdə olmuş, onunla sıx təmasda fəaliyyət göstərmiş tanınmış şəxslərin iştirakı ilə reallaşan ilk tədbirlərdən biridir. Həmin silsiləyə Ömər Eldarovun yaradıcılığına müraciət etməklə start verilməsi də təsadüfi deyil. Yaradıcılıq hər dövrdə təkcə estetik zövqün formalaşmasına deyil, həm də xalqlar arasında dostluq körpüsünün qurulmasına xidmət edib. Ümummilli Lider Heydər Əliyev isə Ömər Eldarovun sənətini “insanlıq və mədəniyyət rəmzi” adlandırıb.

Layihə gənc nəslin milli-mədəni irsə marağının artırılması, onların estetik zövqünün formalaşdırılması və ölkəmizin memarlıq və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Görüş çərçivəsində Xalq rəssamı tədbir iştirakçılarının suallarını cavablandırıb.

AzPost.az

Post navigation

Previous: Bakıda küləklə bağlı sarı xəbərdarlıq verilib
Next: Hörmüza görə, lüks avtomobillər üçün ehtiyat tükənir

Oxşar xəbərlər

luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.