Hicran Hüseynova Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib

- Sərəncam
09 Mart 2020 - 15:40

Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, H. Hüseynova fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputat seçilib.