Hicran Hüseynova rayon sakinləri ilə görüşə niyə helikopterlə gedib?- Səbəbi açıqlandı

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonlarda sakinlərə görüşə helikopterlə getməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, H.Hüseynova bildirib ki, Komitənin nə helikopteri, nə yaxtası, nə də təyyarəsi var:

“Mənim maşınım bərbad vəziyyətdə olarkən Ağdam və Tərtərdə sakinlərlə görüşə gedə bilməzdim. Mənə dedilər ki, 30-dan çox insan sizi orada gözləyir. Mən hərbçilərə zəng etdim ki, kim gedəcək? Hərbçilər dedilər ki, helikopterlə reys var. Mən hərbi helikopterlə getdim. Bu, təhlükəli bir gediş idi. Mən qısa müddətdə ora çatdım, vətəndaşlarla görüşdüm, onları dinlədim. Avtomobillə gedib gələn zaman itirəcəyim 5 saatdan çox vaxtı vətəndaşlarla görüşə həsr etdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Adambaşına düşən verginin ən aşağı və ən yüksək olduğu RAYONLAR –

Sonrakı məqalə

Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb