Adambaşına düşən verginin ən aşağı və ən yüksək olduğu RAYONLAR –SİYAHI  

İqtisadçı ekspert Rövşən Ağayev Azərbyacanda  gələn il adambaşına vergi gəlirinin yuxarı və aşağı olduğu rayonların proqnozunu hazırlayıb.

Azpost.info bildirir ki, ekspert  2020-ci ildə vergi gəlirinin adambaşına məbləğinə (proqnoz) görə ən yüksək və ən aşağı göstəriciyə malik 10 rayon və şəhərin adlarını qeyd edib:

Ən aşağı göstərici

  1. Lerik – 33 manat
    2. Cəlilabad – 40 manat
    3. Yardımlı – 41 manat
    4. Masallı – 49 manat
    5. Goranboy – 53 manat
    6. Ucar – 56 manat
    7. Zərdab -56 manat
    8. Tərtər – 56 manat
    9. Ağdaş – 58 manat
    10. Balakən – 58 manat

Ən yüksək göstərici

  1. Bakı – 3100 manat (neft sektoru sayılmasa 2100)
    2. Naftalan – 513 manat
    3. Sumqayıt – 375 manat
    4. Şirvan – 266 manat
    5. Mingəçevir – 256 manat
    6. Abşeron – 247 manat
    7. İmişli – 214 manat
    8. Naxçıvan MR- 205 manat
    9. Qəbələ -199 manat
    10. Göygöl – 192 manat

Ölkə üzrə orta göstərici isə 792 manat təşkil edir.
Ekspert qeyd edib ki, Vergilər Nazirliyinin xəttilə toplanması nəzərdə tutulan büdcə gəlirlərinin ümumi məbləği 7.875 mlrd. manat proqnozlaşdırılır ki, ondan 840 mln. manatı Bakı istisna olmaqla bütün bölgələrin hesabına təmin ediləcək.

Bölgələrin əksəriyyəti üzrə bu göstərici 70-120 manat intervalında dəyişir.
“Hökumət belə bir rəqəm açıqlaya bilərmi ki, gələn hər bölgə üzrə (Bakıdan kənar) orta hesabla nə qədər büdcə vəsaiti xərclənəcək. Bu rəqəmlər də açıq olandan sonra “dotasiyalı bölgə” və “dotasiyasız bölgə” anlayışı ətrafında rahat müzakirə açmaq olar.

Doğrudanmı adambaşına büdcə gəlirləri 100 -150 manatı ötməyən bölgələr dotasiyasız bölgələrdir? Söhbət bizim hüquqi şərtləri hesabına formal da olsa bu statusu qazanmaqdan getmir. Real, yəni gerçəkdən öz maliyyə potensialı hesabına öz ərazsinin real ehtiyaclarını qarşılama səviyyəsindən gedir...”- deyə R.Ağayev vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsrailin yeni səfiri Azərbaycana gəlib –

Sonrakı məqalə

Hicran Hüseynova rayon sakinləri ilə görüşə niyə helikopterlə gedib?