Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının komissarı ilə görüşüb

18 May 2021 - 08:42

Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Onun sözlərinə görə, görüşdə Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin potensialı müzakirə olunub.